İdman

ÇL: "Sabah" ev oyunlarını bu stadionda keçirəcək

05 Sep 2026, 09:18 4 baxış
ÇL: "Sabah" ev oyunlarını bu stadionda keçirəcək

"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirəcək.


Axar.az xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında təsdiqini tapıb.


Azərbaycan çempionu 4 rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.


"Sabah"ın ev oyunlarının təqvimi belədir:


II tur


13 oktyabr


20:45. "Sabah" – "Slaviya" (Çexiya)


III tur


20 oktyabr


20:45. "Sabah" – "Borussiya" (Dortmund, Almaniya)


V tur


25 noyabr


21:45. "Sabah" – "Barselona" (İspaniya)


VII tur


20 yanvar


21:45. "Sabah" – "Napoli" (İtaliya)


Qeyd edək ki, "Sabah" Liqa mərhələsində digər 4 görüşünü səfərdə keçirəcək. Komanda "Vikinq" (Norveç) ilə noyabrın 4-də, "Mançester Yunayted" (İngiltərə) ilə noyabrın 10-da, "Vilyarreal" (İspaniya) ilə dekabrın 8-də, "Arsenal" (İngiltərə) ilə isə yanvarın 27-də üz-üzə gələcək.

Mənbə axar.az

Oxşar Xəbərlər