Digər
Mariya Zaxarovanın mahnısı yayımlandı - Video
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə yazılmış “Fırtınaya uçuş” mahnısı musiqi platformalarında yayımlanıb.
Kult.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat verib.
“Mahnı yayımlandı! İyunun 12-də - Rusiya Günündə “Lujniki”də prodüser Maks Fadeyevlə birlikdə hazırladığımız "Fırtınaya uçuş" mahnısının premyerası baş tutdu. Mahnının nə vaxt yayımlanacağı ilə bağlı çoxsaylı müraciətlər olurdu. Nəhayət, yayımlandı” - Zaxarova yazıb.
Mahnını Roman Mixrabi ifa edib.
Mənbə
axar.az