Digər
Amin Novruzov vəfat etdi - Foto
Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov vəfat edib.
Kult.az xəbər verir ki, o 1960-cı illərin sonundan etibarən Azərbaycan kinosunun bir sıra məşhur filmlərində operator assistenti və ikinci operator kimi fəaliyyət göstərib.
1978-1983-cü illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində V.Yusovun emalatxanasında təhsil alıb.
Quruluşçu operator kimi "Musiqili xaş", "Cin mikrorayonda", "Süd dişinin ağrısı", "Bəxt üzüyü", "Özgə vaxt", "Ləqəbi "İKA"dır", "Arxada qalmış gələcək", "Yalan" filmlərini lentə alıb.
Amin Novruzov 2000-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Mənbə
axar.az