İdman
"Kəpəz" doğma meydanda "Şamaxı"ya böyük hesabla uduzub - VİDEO
Misli Premyer Liqasının IV turunda "Şamaxı" səfərdə "Kəpəz"ə qalib gəlib. Oxu.Az xəbər verir ki, Gəncə stadionunda baş tutan matç qonaqların 1:4 hesablı qələbəsi ilə bitib. "Şamaxı"nın heyətində Tornike Axvlediani (9), Uğur Cahangirov (21), Ayman Bouali (63) və Həbib İsmayılov (76) fərqləniblər. Meydan sahiblərinin yeganə qolu isə Desmond Akuanın (58) aktivinə yazılıb.
5 xala malik "Şamaxı" turnir cədvəlində 5-ci sıraya yüksəlib. "Kəpəz" isə 3 xalla 8-cidir. Qeyd edək ki, turun açılış matçında "Qəbələ" doğma meydanda "İmişli"yə qalib (2:1) gəlib.
5 xala malik "Şamaxı" turnir cədvəlində 5-ci sıraya yüksəlib. "Kəpəz" isə 3 xalla 8-cidir. Qeyd edək ki, turun açılış matçında "Qəbələ" doğma meydanda "İmişli"yə qalib (2:1) gəlib.
Mənbə
oxu.az