Digər

80 milyon manatlıq evi Röya alıb?

04 Sep 2026, 20:49 2 baxış
80 milyon manatlıq evi Röya alıb?

Xalq artisti Röya Ayxanın 80 milyon manatlıq mənzil alması ilə bağlı iddialara aydınlıq gətirilib.


Axar.az xəbər verir ki, müğənninin prodüsseri Kənan Bayramov Qaynarinfo-ya açıqlamasında həmin mənzilin Röyaya aid olmadığını bildirib:


"Boş söhbətlərdir, belə məlumatlara inanmayın. Röyanın belə bir evi oldu və onu heç kəs bilmədi, ancaq rəy yazanlar bildi? Röyanın bir evi var, onu da hamı görüb. Yolun kənarında yerləşir, hər gün çəkiliş edir, bütün respublika evin hər küncünü görüb. Röyanın belə evi olsaydı, elə orada yaşayardı".


Kənan Bayramov 80 milyonluq evin başqa bir şəxsə aid olduğunu vurğulayıb.


Qeyd edək ki, mənzil eksperti Vüqar Əliyev Nazim Qasımzadənin "Uzun sözün qısası" podcastına müsahibəsində Bakıda 80 milyon manata ev satıldığını bildirib. İzləyicilər sözügedən mənzilin xalq artisti Röya Ayxana satıldığını bildirib. Amma bu iddialar hələ təsdiqlənməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər