Digər
Zelenski təsdiqlədi: Kuşner və Uitkoff bu tarixdə gəlir
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin bazar günü Kiyevə səfər edəcəyini bildirib.
Axar.az xəbər verir ki, Ukrayna lideri bunu Teleqram kanalında yazıb.
"Bu gün artıq Amerika nümayəndələrinin yaxın günlərdə Ukrayna və Rusiyada olacağı dəqiq müəyyən edilib. Təfərrüatlar ABŞ prezidentinin komandasından əldə edilə bilər. Bu gün Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya və bazar günü Kiyevə səfər edəcəklərini müzakirə etdik", - deyə Zelenski bildirib.
Mənbə
axar.az