Digər

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

04 Sep 2026, 19:42 3 baxış
Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın 102-ci baza ilə bağlı dediklərinə istehzalı şəkildə cavab verib.


Axar.az APA-ya istinadən xəbər verir ki, Zaxarova özünün Teleqram kanalında Paşinyanın Gümrüdəki 102-ci Rusiya hərbi bazası ilə bağlı dediklərini paylaşaraq, Mixail Bulqakovun “İt ürəyi” əsərindən “Siz kişisiniz, yoxsa qadın?” sitatını gətirib.


Qeyd edək ki, Paşinyan 102-ci hərbi bazanın Ermənistan üçün həyati əhəmiyyət daşımadığını, Rusiya hərbi bazanı özü çıxarmaq qərarına gələrsə, Ermənistan hakimiyyətinin buna etiraz etməyəcəyini bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər