Digər

Çarukyanın həbs müddəti 2 ay uzadıldı

04 Sep 2026, 18:16 3 baxış
Çarukyanın həbs müddəti 2 ay uzadıldı

İrəvan məhkəməsi “Çiçəklənən Ermənistan” partiyasının lideri, iş adamı Qagik Çarukyanın həbs müddətini daha iki ay uzadıb.


Axar.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili Emin Xaçatryan deyib.


Qeyd edək ki, Qagik Çarukyan iyulun 7-də iki ay müddətinə həbs edilib. Ona xüsusilə külli miqdarda dələduzluğa köməklik və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuyulması) ittihamları irəli sürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər