Digər

Putindən MDB ölkələrinə çağırış: Bu vacibdir!

04 Sep 2026, 17:13 2 baxış
Putindən MDB ölkələrinə çağırış: Bu vacibdir!

Mövcud çətin beynəlxalq mühitdə xarici təhdidlərlə mübarizədə Müstəqil Dövlətlər Birliyinin (MDB) kəşfiyyat xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək və təkmilləşdirmək vacibdir.


Axar.az Teleqraf-a istiandla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin XXII iclasının iştirakçılarına müraciətində deyib.


“Bu gün, çətin beynəlxalq şəraitdə ümumi xarici təhdidlərə qarşı mübarizədə qurumlarınız arasında əməkdaşlığın forma və metodlarını daha da inkişaf etdirmək və təkmilləşdirmək vacibdir”, - Rusiya lideri bildirib.


Vladimir Putin vurğulayıb ki, kəşfiyyat sahəsində əməkdaşlıq MDB ölkələrinin suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm amildir:


“Qeyd etmək istərdim ki, kəşfiyyat sahəsində əməkdaşlıq hər bir MDB üzvü olan dövlətin suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsində, eləcə də birlik məkanında sabitlik və inkişaf üçün şərait yaradılmasında mühüm amildir”.

Mənbə axar.az

Oxşar Xəbərlər