Digər

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

04 Sep 2026, 17:38 3 baxış
İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Tamamilə ABŞ-ın nəzarəti altında olan NATO İsraillə münasibətlərin gərginləşəcəyi təqdirdə Türkiyəyə vasitəçilik etməyəcək, çünki Vaşinqton buna icazə verməyəcək.


Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.


"NATO-nun hərəkətləri ABŞ tərəfindən diktə olunur. Ağ Ev dəfələrlə bildirib ki, ABŞ-la İsrail arasındakı müttəfiqlik dərəcəsi tamamilə fövqəladədir”, - Zaxarova bildirib.


Ankaranın İsraillə münasibətləri gərginləşəcəyi təqdirdə alyansın dəstəyinə güvənə biləcəyi ilə bağlı suala cavab olaraq Zaxarova son sözü Vaşinqtonun deyəcəyini vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər