Cəmiyyət

Azərbaycanlı biznesmen ticarət mərkəzi aldı

04 Sep 2026, 12:17 20 baxış
Azərbaycanlı biznesmen ticarət mərkəzi aldı

Azərbaycanlı biznesmen ticarət mərkəzini alıb.


Axar.az lent.az-a istinadla xəbər verir ki, söhbət “Qazprombank-invest” MMC-nin balansında olan “Qorod Kosino” ticarət mərkəzindən gedir.


Qeyd olunub ki, “Qazprombank-invest” MMC-ni Azərbaycanın “AF Holding” şirkətinin təsisçisi Azay Möhnətovun oğlu Aqil Möhnətova məxsus “Afkap” MMC alıb.


Qeyd edək ki, ümumi sahəsi 130 min kvadratmetr olan “Qorod Kosino” ticarət mərkəzi 2021-ci ilin sonunda açılıb. Obyektin developeri TEN qrupu olub. Qrup bir il əvvəl layihəyə tərəfdaş qismində “Qazprombank-invest”i cəlb edib.

Mənbə axar.az

Oxşar Xəbərlər