Dünya

Fransada dəhşətli hadisə: Kişi iki uşağını və qayınanasını öldürdü - FOTO - VİDEO

04 Sep 2026, 11:32 3 baxış
Fransada dəhşətli hadisə: Kişi iki uşağını və qayınanasını öldürdü - FOTO - VİDEO
Fransada 42 yaşlı kişi həyat yoldaşından qisas almaq məqsədilə iki övladını və qayınanasını qətlə yetirib. Oxu.Az "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, qanlı hadisə Yuxarı Sona departamentində qeydə alınıb.

Məlumata görə, ər və arvad boşanma ərəfəsində olublar. Nəşrin yazdığına əsasən, nikahın pozulmasına kişinin xəyanəti səbəb olub və boşanma təşəbbüsü qadın tərəfindən irəli sürülüb. Həmin şəxs iki uşağını və həyat yoldaşının anasını öldürməklə kifayətlənməyərək bu prosesi videoya lentə alıb. O, çəkdiyi kadrları arvadına, eləcə də özünün iki qardaşına göndərdikdən sonra intihar edərək həyatına son qoyub.
Mənbə oxu.az

Oxşar Xəbərlər