Dünya
Sakit okeanda Ekvador narkokartelinin gəmisi məhv edildi - VİDEO
ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvador narkokartelinin maraqlarına xidmət göstərən gəmini ələ keçirərək məhv ediblər. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Komandanlığın "X" sosial şəbəkəsində etdiyi paylaşıma əsasən, bu əməliyyat Ekvador hökuməti ilə əməkdaşlıq və koordinasiya çərçivəsində baş tutub. "Sakit okeanın şərqində, beynəlxalq sularda narkotiklərin qaçaqmalçılığı üçün istifadə olunan və üzən yanacaqdoldurma stansiyası rolunu oynayan gəmi saxlanılıb. Kəşfiyyat nəticəsində gəmidən "Los-Çoneros" qəddar narkoterror təşkilatının maraqları üçün istifadə edildiyi təsdiqlənib", - deyə açıqlamada qeyd olunub. Gəminin göyərtəsində olan şəxslər Ekvador rəsmilərinə təhvil veriliblər. ABŞ hərbçiləri gəmidə müvafiq axtarış və təmizləmə tədbirlərini başa çatdırdıqdan sonra onu batırıblar.

Mənbə
oxu.az