Digər
Almaniyada bu dəfə hərbi zavod yandırıldı
Almaniyada Ukrayna ilə əməkdaşlıq edən hərbi müəssisədə yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Hadisə Münhendə “Rohde & Schwarz” şirkətinin baş ofisinin tikinti sahəsində baş verib.
Yanğın ciddi zərərə səbəb olmayıb. Xəsarət alan yoxdur.
Polis iki şübhəlini – 28 və 38 yaşlarında Bolqarıstan vətəndaşlarını həbs edib. Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə
axar.az