Cəmiyyət

Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər - Xoşagəlməz mənzərə - FOTO

03 Sep 2026, 14:22 16 baxış
Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər - Xoşagəlməz mənzərə - FOTO
Şuşa şəhərinə gələn bəzi turistlərin tarixi əhəmiyyət daşıyan qayaların üzərinə yazılar yazması narazılığa səbəb olub. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova Oxu.Az-a açıqlamasında məsələ ilə bağlı qurumun adından ictimaiyyətə müraciət edib. O bildirib ki, şəhərə gələn bəzi şəxslər həm təbiətə, həm də tarixi əks etdirən qayalara ziyan vururlar:
{{gallery}} "Sizə, sadəcə, iki nümunə göndərdik. Belə hallar çoxdur. Məsələ ilə bağlı dəfələrlə tədbir görülüb, qayaları korlayan şəxslər cərimələnib və onlara izahat verilib. Lakin buna baxmayaraq, xoşagəlməz hallar davam edir və təkrarlanır. O qayalarda qan izləri var, o qayalarda güllə izləri var. Bütün bunların fonunda gəlib orada yazı yazmaq, ad yazmaq, hər şeydən əvvəl, o torpaqlara canını qoyanların ruhuna hörmətsizlikdir".
Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər - Xoşagəlməz mənzərə - FOTO Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər - Xoşagəlməz mənzərə - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər