Dünya

Geosiyasi gərginlik Niderlandı hərəkətə keçirdi: 86 ton qızıl Londona DAŞINDI

03 Sep 2026, 08:02 4 baxış
Geosiyasi gərginlik Niderlandı hərəkətə keçirdi: 86 ton qızıl Londona DAŞINDI
Niderland Mərkəzi Bankı ABŞ və Kanadada saxlanılan qızıl ehtiyatlarının dörddə birindən çoxunu Böyük Britaniyaya köçürüb. Tənzimləyici qurum bu addımını dünyada baş verən geosiyasi qeyri-sabitlik səbəbindən yarana biləcək problemlərdən çəkinməsi ilə əsaslandırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlumata görə, mart ayından avqusta qədər olan müddətdə bu iki ölkədə saxlanılan təxminən 313 ton qızılın 86 tonu Nyu-York və Ottavadan Londona daşınıb. Nəticə etibarilə, hazırda Niderlandın qızıl ehtiyatlarının ən böyük hissəsi məhz Böyük Britaniyanın paytaxtında mühafizə olunur. Niderland Mərkəzi Bankının rəhbəri Olaf Sleypen bildirib ki, Amsterdam bu yolla öz qızıl ehtiyatlarının likvidliyini artırmağa nail olub. Onun sözlərinə görə, qlobal miqyasda yaşanan qeyri-müəyyənlik fonunda ölkə özünü sığortalamaq qərarına gəlib. Bununla yanaşı, o, dövlətin bu ehtiyatlardan heç vaxt istifadə etmək məcburiyyətində qalmayacağına ümid etdiyini vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər