Maraqlı
Gələcəyin əti laboratoriyadan gələcək: Steyk istehsalında İNQİLAB
Laboratoriya şəraitində steyk əldə etmək artıq mümkündür? Oxu.Az xəbər verir ki, "Nature Communications" nəşrinin məlumatına görə, İspaniyadan olan tədqiqatçılar mühüm irəliləyişə imza atıblar və laboratoriyada yetişdirilən ət artıq qlobal cəmiyyət üçün reallığa çevrilir. Əzələ, sinir hüceyrələri və qan damarlarına malik, öz-özünə formalaşan mal əti toxumalarının kultivasiyası üsulu işlənib hazırlanıb. Bu yenilik ənənəvi heyvandarlıq olmadan ət istehsalı texnologiyalarının inkişafına böyük təkan verəcək. Uzun müddət ərzində laboratoriyada heyvan hüceyrələrindən əldə edilən ət ənənəvi heyvandarlığa nisbətən daha davamlı alternativ hesab edilirdi. Lakin əvvəlki texnologiyalar yalnız qiymə istehsalına imkan verirdi və steyk strukturunun yaradılması olduqca çətin məsələ idi. Əsas maneə əzələ toxumasının formalaşdırılması üçün müxtəlif növ hüceyrələrin əldə edilməsi və onların qarşılıqlı əlaqəsinin mürəkkəbliyi ilə bağlı idi.
Mənbə
oxu.az