Dünya
ABŞ-də qadın doğuş zamanı öldü, yeddi dəqiqə sonra "o dünyadan" qayıtdı - FOTO
ABŞ-də xəstəxanada şokedici hadisə baş verib. Qadın doğuş zamanı kliniki ölüm keçirib, lakin həkimlər yeddi dəqiqə sonra onu həyata qaytara biliblər. Oxu.Az bildirir ki, bu barədə "New York Post" nəşri yazıb. Məlumata görə, Nikol və Entoni cütlüyü üçüncü uşaqlarının dünyaya gəlməsini səbirsizliklə gözləyirdilər və doğuşdan əvvəlki anları lentə alırdılar. Lakin video çəkilişinə başlanıldıqdan 10 dəqiqə sonra qadının qəfildən nəfəsi dayanıb və həkimlər onun öldüyünü bildiriblər. Həkimlər körpəni xilas etmək üçün təcili şəkildə ölümdən sonra qeysəriyyə əməliyyatı həyata keçiriblər və eyni zamanda ananın həyatı uğrunda mübarizə aparıblar. Yeddi dəqiqə sonra Nikolun nəbzi bərpa olunub, lakin şiddətli qanaxma başlayıb və cərrahlar onun uşaqlığının (rəhimin) çıxarılmasına qərar veriblər.
{{gallery}} Daha sonra məlum olub ki, qadının ürəyinin dayanmasına amniotik maye emboliyası (dölyanı maye emboliyası) səbəb olub. Bu, hər 100 000 doğuşdan altısında rast gəlinən nadir ağırlaşmadır. Sözügedən patologiya ABŞ-də ana ölümünün əsas səbəblərindən biri olaraq qalır, onun dəqiq səbəbləri isə hələ də məlum deyil. Nikol bir həftə sonra xəstəxanadan evə buraxılıb və etiraf edib ki, baş verənlər onu həyata və yaxınlarına münasibətini yenidən nəzərdən keçirməyə vadar edib.

Mənbə
oxu.az