Cəmiyyət

Azərbaycanda sel və daşqın təhlükəsi: Fəlakətə çevrilməməsi üçün nə edək?

03 Sep 2026, 03:00 6 baxış
Azərbaycanda sel və daşqın təhlükəsi: Fəlakətə çevrilməməsi üçün nə edək?
İqlim dəyişmələrinin fəsadları dünyanın müxtəlif bölgələrində özünü daha qabarıq şəkildə göstərir. Bir tərəfdə quraqlıq, su çatışmazlığı, digər tərəfdə isə normadan artıq yağıntılar, sel və daşqınlar müşahidə olunur. Son olaraq Nepalda baş verən dağıdıcı daşqın nəticəsində minlərlə insanın həyatını itirməsi və itkin düşməsi iqlim risklərini yenidən dünyanın gündəminə gətirib. Azərbaycanda da son illərdə normadan artıq yağıntılar, qəfil leysanlar və bəzi bölgələrdə sel və daşqın halları müşahidə olunub. 2026-cı ilin yazında ölkənin ayrı-ayrı ərazilərində güclü yağışlar daşqınlara səbəb olub, may ayında isə Bakı və Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasını dəfələrlə üstələyib. Bəs qarşıdan gələn payız-qış mövsümündə ölkəmizdə güclü yağışların, sel və daşqınların baş vermə ehtimalı nə qədərdir? İqlim dəyişmələri bu riskləri artırırmı? Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran ekoloq Rövşən Abbasov bildirib ki, payızda Azərbaycan çaylarında daşqın və sellərin müşahidə olunma riskləri çoxdur:
"Nepalda baş verən daşqınları, yəni o fəlakət yaradan subasmaları birbaşa iqlim dəyişmələri ilə əlaqələndirmək olmaz. Burada söhbət iri buz kütləsinin qopub su anbarına düşməsindən və daşqın yaratmasından gedir. Lakin dolayısı yolla, əlbəttə ki, müəyyən bağlılıqlar var. Yəni iqlim dəyişmələri, temperaturun kəskin artımı bu cür dağ buzlaqlarında qravitasiya tarazlığını pozur və iri çatlar yaradır. Bu çatlar tədricən yaranır, lakin birdən-birə belə sürüşmələr baş verə bilir. * Nepaldakı dağıdıcı fəlakətin əsl səbəbi üzə çıxdı - PEYK GÖRÜNTÜLƏRİ - FOTO Azərbaycana gəlincə, bizdə buzlaqlar yoxdur. Lakin ölkəmizdə daşqın və sellər həmişə müşahidə olunub. Payızın gəlməsi ilə çaylarda bunların baş verməsi riskləri çoxdur. Çünki bizim dağlara yağan yağışlar, bir qayda olaraq Balakənçay, Girdimançay, Göyçay, Dəmiraparançay, Ağsuçay kimi çaylarda çox güclü daşqınlar və paralel olaraq Şəkidə olan Kiş və Şinçay çayları da daxil olmaqla sellər yarada bilir. Bu baxımdan böyük təhlükələr mövcuddur. Lakin bu təhlükənin fəlakətə çevrilib-çevrilməməsi artıq bizdən asılıdır. Yəni biz nə qədər düzgün idarəetmə təşkil edə bilsək, proqnozlar vaxtlı-vaxtında verilsə və buna uyğun təhlükəsizlik tədbirləri görülsə, hətta sel başlayanda belə heç bir fəlakət baş verməz".
Azərbaycanda sel və daşqın təhlükəsi: Fəlakətə çevrilməməsi üçün nə edək? Azərbaycanda sel və daşqın təhlükəsi: Fəlakətə çevrilməməsi üçün nə edək?
Mənbə oxu.az

Oxşar Xəbərlər