İdman
Argentinada bütün oyunlar Messiyə görə DAYANDIRILACAQ
Argentina Futbol Assosiasiyası (AFA) milli komandadakı çıxışını başa vuran Lionel Messinin şərəfinə genişmiqyaslı aksiya keçirmək qərarına gəlib. Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir. Növbəti turun gedişində kişilər və qadınlar arasında keçirilən bütün daxili yarışların matçları düz 10-cu dəqiqədə dayandırılacaq. Meydandakılar və tribunalardakı azarkeşlər əfsanəvi hücumçunun parlaq karyerasına və Argentina millisinin tarixinə verdiyi əvəzsiz töhfəyə ehtiram əlaməti olaraq onu bir dəqiqə ərzində alqışlayacaqlar. Qeyd edək ki, iyunun 24-də 39 yaşı tamam olan Messi milli komandanın heyətində ümumilikdə 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.
Mənbə
oxu.az