Cəmiyyət

Hava limanında 654.90 karat brilyant qaşlar müsadirə edildi

03 Sep 2026, 10:55 4 baxış
Hava limanında 654.90 karat brilyant qaşlar müsadirə edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkar edilib.


Axar.az bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.


Məlumata görə, Şarja-Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan Respublikası vətəndaşı gömrük yoxlamasına cəlb edilib.


Gömrük baxışı zamanı həmin şəxslərin üzərində gömrük nəzarətindən gizlədilən və içərisində brilyant qaşlar olan bağlamalar aşkar edilib.


Ekspertizanın rəyinə əsasən həmin brilyant qaşların ümumilkdə çəkisi 654.90 karatdır.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər