Cəmiyyət

Şuşa Peşə Təhsil Mərkəzinə 4 milyon manatlıq avadanlıq alınacaq

03 Sep 2026, 10:48 4 baxış
Şuşa Peşə Təhsil Mərkəzinə 4 milyon manatlıq avadanlıq alınacaq
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən Şuşa şəhər Peşə Təhsil Mərkəzi üçün mebel-avadanlıqların və laboratoriya mallarının satın alınması ilə bağlı açıq tender elan edilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 4 milyon 323 min manat təşkil edir. Satınalma çərçivəsində ümumilikdə 1 530 adda mebel-avadanlıq və laboratoriya malının alınması nəzərdə tutulur. Sənədlərdə göstərilən mallar arasında "Almazın kristallik qəfəsi" modeli, "Alüminium" kolleksiyası, "Başın və boyun əzələləri" modeli, "Beyin" modeli, "Bərklik şkalası" kolleksiyası və "Böyrək" modeli də yer alır.
Mənbə oxu.az

Oxşar Xəbərlər