Dünya

Konqoda Eboladan ölənlərin sayı üç mini keçdi

02 Sep 2026, 20:12 2 baxış
Konqoda Eboladan ölənlərin sayı üç mini keçdi
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı 3 min nəfəri keçib. Oxu.Az xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıblar. Son hesabata əsasən, infeksiyanın fəsadları səbəbindən 3 007 nəfər dünyasını dəyişib, ölüm səviyyəsi isə 48.6% təşkil edir. Xəstələrdən 1 400-dən çoxu sağalıb, daha 830 nəfər isə xəstəxanalara yerləşdirilib. Qeyd edək ki, Ebola epidemiyası rəsmi olaraq mayın 15-də ölkənin İturi əyalətində elan edilib. Daha sonra virus ölkənin digər bölgələrinə və qonşu Uqandaya da yayılıb. Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Uqandada xəstəliyin artıq başa çatdığını bəyan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər