Digər

Şimali Kiprdə gəmi qəzası: Nazir vəzifəsindən azad edildi

02 Sep 2026, 20:34 4 baxış
Şimali Kiprdə gəmi qəzası: Nazir vəzifəsindən azad edildi

Girne sahillərində baş verən faciəvi gəmi qəzası ilə bağlı aparılan istintaqın obyektiv, heç bir şübhəyə yol açmaması səbəbindən Şimali Kiprin ictimai işlər və nəqliyyat naziri Ərhan Arıklı vəzifəsindən azad edilib.


Axar.az xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel deyib.


Qeyd edək ki, Avqustun 30-da Şimali Kipr Türk Respublikası sahillərində 267 nəfəri daşıyan bərənin batması nəticəsində 8 nəfər ölüb, 20 nəfər isə hələ də itkindir, axtarışları aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər