Digər

Estoniyanın yeni prezidenti seçildi

02 Sep 2026, 19:06 3 baxış
Estoniyanın yeni prezidenti seçildi

Estoniya parlamentinin üzvləri növbədənkənar iclasda ədliyyə kansleri Ülle Madiseni beş illik müddətə ölkənin yeni prezidenti seçiblər.


Axar.az xəbər verir ki, bu barədə ERR milli ictimai yayımçısı məlumat verib.


Madise dövlət başçısı vəzifəsinə yeganə namizəd olub. Qalib gəlmək üçün parlament üzvlərinin ən azı üçdə ikisinin (101 səsdən 68-i) səsini toplamalı idi. Nəticədə, parlamentin 71 üzvü onu dəstəkləyib. Madise and içdikdən sonra oktyabrın 12-də Estoniya prezidenti vəzifəsinin icrasına başlayacaq.


Ülle Madise estoniyalı hüquqşünas və siyasətçidir. O, 2015-ci ildən Estoniyanın Ədliyyə Kansleri vəzifəsində çalışır.

Mənbə axar.az

Oxşar Xəbərlər