Siyasət
Tibb işçiləri ilə bağlı Mehriban Əliyevanın humanist təşəbbüsü dövlətimizin sosial siyasətinin tərkibi kimi yüksək qiymətləndirilir
"Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyətinin bütün dövrlərində sosial, humanitar, mədəniyyət və səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərib". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı deyib. O bildirib ki, xüsusilə də səhiyyənin ən çətin vaxtlarında biz bu dəstəyin şahidi olmuşuq:
"Minnətdarlıqla qeyd etməliyik ki, istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, istər Heydər Əliyev Fondunun dəstəyi ilə qeyd etdiyim sahələr üzrə çoxsaylı töhfələr verib. Bu gün də Mehriban Əliyeva respublikamızın Birinci vitse-prezidenti kimi bu sahələrə xüsusi diqqət göstərir. Bunun məntiqi nəticəsi kimi, o, nəcib bir missiya ilə, daha dəqiq desək, tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib. Onun bu nəcib təşəbbüsü Prezident İlham Əliyev tərəfindən müsbət qarşılanıb və bu təşəbbüsün reallaşdırılması ilə bağlı müvafiq tapşırıq verilib. Hesab edirəm ki, belə bir humanist qərar həm də ölkəmizdə, eləcə də səhiyyə sahəsində həyata keçirilən əsaslı islahatların tərkibi olmaqla, həm də dövlətimizin, dövlət başçısının həyata keçirdiyi davamlı sosial siyasətin göstəricisidir. Prezidentimizin bu tapşırığı TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edəcək". "Əslində, ölkəmizdə son illərdə həyata keçirilən əməkhaqqı islahatı da dövlət siyasətinin təməlinin məhz sosial xarakterli olmasını sübut edir. Əminik ki, bu qərar ölkə səhiyyəsinin gələcək inkişafına, əhaliyə daha keyfiyyətli tibb xidmətinin göstərilməsinə də öz müsbət təsirini göstərəcək. Ümumiyyətlə, tibbi xidmətin keyfiyyətinin davamlı olaraq artırılması hər bir dövlətin təhlükəsizlik doktrinasının strateji istiqamətlərindən biri olan demoqrafik təhlükəsizliyin qorunmasında mühüm amillərdən biridir. Bu nəcib təşəbbüs və bu təşəbbüs əsasında dövlət başçısının humanist qərarı, ilk növbədə, həkim və orta tibb işçilərinin və bütövlükdə səhiyyə işçiləri üçün əlamətdar hadisə olmaqla, ölkəmizin sosial həyatına böyük töhfədir. Sözsüz ki, tibb işçisinin əməyinin maddi baxımdan daha yüksək qiymətləndirilməsi onun sosial rifahına, iş məmnuniyyətinə və peşəsinə bağlılığına birbaşa təsir göstərir. Belə ki, bu gün tibb işçisinə edilən investisiya, əslində, sabah Azərbaycan vətəndaşına göstəriləcək keyfiyyətli tibbi xidmətinə edilən investisiyadır", - deyə deputat vurğulayıb. Millət vəkilinin sözlərinə görə, Azərbaycan səhiyyəsində əsaslı islahatlar çərçivəsində bütün bölgələrdə səhiyyənin zəngin maddi-texniki bazası yaradılıb və yüksək səviyyədə tibb təhsili alan güclü kadrlar yetişdirilib: "Yəni səhiyyə sahəsində bütün istiqamətlər üzrə kompleks və paralel islahatlar həyata keçirilməklə uğurlar əldə edilir. Müasir standartlara cavab verən xəstəxana tikmək, ən son texnologiyalar əldə etmək, müxtəlif ixtisaslar üzrə yüksəksəviyyəli kadrlar yetişdirməklə bərabər, həm də tibb işçilərinin maddi rifahı da artırılmalıdır. Beynəlxalq təcrübədə də yüksək tibb xidmətin əldə edilməsində əməkhaqqı siyasətinin də böyük önəmi var. Etiraf etməliyik ki, bu gün ölkəmizin müxtəlif bölgələrində tibb kadrlarının çatışmazlığının səbəblərindən biri də əməkhaqqılarının qənaətbəxş olmaması ilə əlaqədardır. Qeyd etdiyim parametrlər bir-birini tamamlayaraq ölkə əhalisinin keyfiyyətli tibb xidmətini təmin edən amillərdəndir. Bugünkü nəcib təşəbbüs və bu təşəbbüs əsasında qəbul edilmiş qərar da bütün qeyd etdiyim parametrlərə ən yüksəksəviyyəli cavabdır". "Hesab edirəm ki, bölgələrdə tibb kadrlarının kritik çatışmazlığının qarşısının alınması üçün gələcəkdə də əməkhaqqının və digər stimullaşdırıcı mexanizmlərin tətbiqi və gücləndirilməsi davamlı olaraq aparılmalıdır. Belə ki, dünyanın bütün ölkələrində ən yüksək əməkhaqqısı olan tibb işçiləri əməklərinin qarşılığını aldıqda, dövlət və cəmiyyət tərəfindən qiymətləndirildiyini hiss etdikdə onun göstərdiyi tibb xidməti də yüksək olacaq. İnanırıq ki, gələcəkdə aparılacaq əməkhaqqı islahatında tibb işçilərinin peşəkarlıq, davamlı təhsil, fəaliyyət göstəriciləri və göstərdikləri xidmət keyfiyyəti nəzərə alınacaq. Yekun olaraq bildirmək istəyirəm ki, Birinci vitse-prezident Mehriban Əliyevanın humanist təşəbbüsü və Prezident İlham Əliyevin qəbul etdiyi qərar ölkə ictimaiyyəti, xüsusilə də səhiyyə ictimaiyyəti tərəfindən dövlətimizin sosial siyasətinin tərkibi kimi yüksək qiymətləndirilir", - müsahibimiz fikrini yekunlaşdırıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər