Cəmiyyət
Sumqayıtda illərdir təmir edilməyən yol sürücüləri narazı salıb - FOTO
Sumqayıt şəhərində Səməd Vurğun küçəsindən Hacı Zeynalabdin qəsəbəsinə gedən yolun yararsız vəziyyətdə olması sürücülərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Sürücülərin sözlərinə görə, xüsusilə kameraların da çox olduğu yolda uzun müddətdir təmir edilməyən çalalar var. Sürücülər bildiriblər ki, yolun həmin hissəsindəki çalalara düşməmək üçün avtomobillərini qarşı istiqamətə çıxarmağa məcbur qalırlar. Bu isə qəza riskini artırır. Narazılığa səbəb olan digər məqam isə yolun çalaları təmir edilmədən yeni nişanlanma xətlərinin çəkilməsidir. Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan küçədə kanalizasiya xəttində yenilənmə işləri aparılıb. "Yolun bəzi hissələrində çökmələr mövcuddur. Yaxın günlərdə problem aradan qaldırılacaq", - deyə məlumatda bildirilib.

Mənbə
oxu.az