Dünya
Nepalda sahibini gözləyən itin vəfası: Heç nəyə reaksiya vermir, yiyəsini axtarır - FOTO
Nepalın Trişuli-Bazar rayonunda bir it daşqınlardan əvvəl dörd yaşayış evinin olduğu ərazini bir neçə gündür tərk etmir. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Times of India" nəşri məlumat verib.
İtin hazırda oturduğu yerdə daha əvvəl tikililərdən birinin əsas girişi olub. Hərəkətsiz halda burada oturan heyvan ətrafdakılara demək olar ki, reaksiya vermir, xilasedicilərin apardığı işlərə baxmayaraq palçıq basmış ərazidə qalmağa davam edir. "Biz ona peçenyeyə qonaq etməyə çalışdıq və mehriban ləqəblərlə səslədik, amma o, hətta başını belə çevirmir və heç hara getmir. Onun xaltası bütöv qalıb", - deyə könüllü xilasedici Bikram Tapu bildirib. Dağıntıları təmizləməsinə cəlb edilmiş işçilər qeyd edirlər ki, heyvan heç bir aqressiya nümayiş etdirmir və ağır texnikanın səs-küyünə də əhəmiyyət vermir. "Ekskavatorların və təmizləmə işlərinin qızğın vaxtında o sadəcə bu palçıqlı gölməçədə oturur. Bircə dəfə də olsun quyruğunu da tərpətmir. O, öz həyətinin sərhədini keçməkdən imtina edir", - deyə axtarış-xilasetmə əməliyyatının üzvü Sunil Tamanq əlavə edib. Daşqın suları və lil səbəbindən ərazi tamamilə dağılıb və buna görə də xilasedicilər heyvanın məhz kimə aid olduğunu müəyyən edə bilməyiblər. Hazırda könüllülər və evlərindən məhrum olan yerli sakinlər iti yedizdirməyə çalışırlar. "Biz öz evlərimizi itirdik, amma nə baş verdiyini başa düşürük. O isə başa düşmür ki, niyə hamı yox olub, hesab edir ki, onlar qayıdana qədər heç hara getməməlidir", - deyə yerli sakin Dineş Basyal qeyd edib. Xatırladaq ki, təbii fəlakət avqustun 26-da səhər Nepalın şimalında baş verib. İlkin məlumatlara görə, daşqına səbəb "Rasuvaqadxi" sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə, Çinlə sərhəddə baş verən buz uçqunu olub. Su, palçıq və qaya parçalarından ibarət olan güclü axın çay yatağı boyunca yüksək sürətlə 70 kilometrdən çox məsafə qət edərək, yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və böyük ərazini su altında qoyub. 1000-dən çox insan ölüb. 4500 nəfər hələ də itkin düşmüş hesab edilir.

Mənbə
oxu.az