Digər

Modinin çağırışı Putinin siyasətini dəyişdirəcəkmi?

02 Sep 2026, 08:30 4 baxış
Modinin çağırışı Putinin siyasətini dəyişdirəcəkmi?

Xarici liderin Putini Ukraynadakı müharibəyə son qoymağa açıq şəkildə çağırması ilk hal deyil.


Axar.az xəbər verir ki, bunu britaniyalı jurnalist Stiv Rozenberq Hindistan Baş naziri Narendra Modinin Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı çağırışını şərh edərkən deyib.


O xatırladıb ki, beş həftə əvvəl Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Putinə münaqişəni dondurmağı və danışıqlar masasına qayıtmağı təklif etmişdi.


"O, bunu etmədi. Və hələ də etmir", - Rozenberq bildirib.


Onun fikrincə, sülhlə bağlı bu kimi açıq çağırışların Putinin siyasətini dəyişdirəcəyinə dair heç bir əlamət yoxdur.


Qeyd edək ki, N.Modi Putinlə görüşündə Ukrayna konfliktinin sülh yolu ilə həllinə çağırış edib.

Mənbə axar.az

Oxşar Xəbərlər