Dünya
Böyük Britaniyada qeyri-adi yarış: İştirakçılar ət sousunda güləşiblər
Böyük Britaniyanın Lankaşir qraflığında ət sousu içərisində güləş üzrə dünya çempionatı baş tutub. Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, qeyri-adi turnirin iştirakçıları təxminən 1 500 litr qatı sousla doldurulmuş rinqdə güclərini sınayıblar. Yarışlar Bakap şəhərindəki kriket klubunda təşkil olunur. Döyüşlər başlamazdan əvvəl meydança bol miqdarda sousla doldurulur, daha sonra isə parlaq geyimli güləşçilər sürüşkən rinqə daxil olurlar. Hər bir qarşılaşma iki dəqiqə davam edir. Qaliblər yalnız güləşin effektivliyinə görə deyil, həm də çıxışın baxımlılığına və tamaşaçıların reaksiyasına əsasən müəyyən edilir. Bu turnir ilk dəfə 2007-ci ildə təşkil edilib. O vaxtdan bəri ilk baxışdan qəribə görünən bu əyləncə çempionluq titulu uğrunda mübarizə aparmaq istəyənləri bir araya gətirən illik yarışa çevrilib. Turnirin əsas xüsusiyyəti elə "rinq"in özüdür: yüzlərlə litr ət sousunun içərisində ayaq üstə durmaq iştirakçılar üçün çox vaxt rəqibə qalib gəlməkdən daha çətin olur.
Mənbə
oxu.az