Dünya
Hindistanda son 125 ilin ən isti ayı qeydə alınıb
Hindistanda 1901-ci ildən bəri ən isti avqust ayı qeydə alınıb. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Meteorologiya Departamenti məlumat verib. "2026-cı ilin avqust ayında orta temperatur 1901-ci ildən bəri ən yüksək olub və 28.01 dərəcə Selsi təşkil edib. Bu, həmin il qeydə alınmış 27.34 dərəcə Selsi norması ilə müqayisədə yüksəkdir", - deyə departamentdən bildirilib. Bu ay həmçinin yağışın azalması da müşahidə olunub və yağıntının səviyyəsi 213.3 mm təşkil edib ki, bu da 2001-ci ildən bəri ən aşağı göstərici olub. Meteoroloqlar həmçinin sentyabr ayında orta aylıq maksimal temperaturun normanı aşacağını proqnozlaşdırırlar.
Mənbə
oxu.az