İdman

"Yuventus" alman hücumçu aldı

02 Sep 2026, 01:36 7 baxış
"Yuventus" alman hücumçu aldı
İtaliyanın "Yuventus" futbol klubu almaniyalı hücumçu Nik Voltemadenin 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulan icarə əsasında "Nyukasl"dan keçidini elan edib. Oxu.Az bu barədə Turin təmsilçisinin saytına istinadən xəbər verir. Jurnalist Fabritsio Romanonun verdiyi məlumata görə, Turin klubu bu sövdələşmə üçün 4 milyon avro ödəyib. Qeyd edək ki, almaniyalı forvard 2025-ci ilin yayında "Nyukasl"a keçib. Ötən mövsüm Voltemade bütün turnirlərdə 54 matçda iştirak edib, 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun İngiltərə klubu ilə qüvvədə olan müqaviləsi 2031-ci ilin yayına qədərdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər