İdman

"Mançester Siti" 76 milyon avroya hücumçu aldı

02 Sep 2026, 02:00 8 baxış
"Mançester Siti" 76 milyon avroya hücumçu aldı
"Mançester Siti" futbol klubu "Everton"un hücumçusu İliman Ndiayeni transfer edib. Oxu.Az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb. 26 yaşlı seneqallı futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb. "Mançester Siti" Seneqal millisinin üzvü üçün bonuslar da daxil olmaqla təxminən 76 milyon avro ödəyəcək. Qeyd edək ki, İliman Ndiaye 2024-cü ilin yayından "Everton"da çıxış edirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər