Dünya

Macarıstan Brüsselə meydan oxudu: "Gündə bir milyon avro ödəməyə məcburuq"

31 Aug 2026, 20:36 4 baxış
Macarıstan Brüsselə meydan oxudu: "Gündə bir milyon avro ödəməyə məcburuq"
Macarıstanın Baş naziri Peter Madyar Avropa İttifaqı (Aİ) rəhbərliyini miqrasiya məsələsinə görə ölkəsinə qarşı ədalətsiz münasibət göstərməkdə ittiham edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri liderlərinin iştirakı ilə Sloveniyanın Bled şəhərində keçirilən Strateji Forumda çıxışı zamanı bu barədə danışıb. Qanunsuz miqrasiya ilə mübarizənin vacibliyindən danışan Madyar qeyd edib ki, "Macarıstanın bu məsələyə görə Brüsselin ədalətsiz münasibəti ilə üzləşdiyini macar xalqına izah etmək çox çətindir". "Biz Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə və yalnız ümumi Avropa sərhədlərini qoruduğumuz üçün gündə bir milyon avro ödəməyə məcburuq", - deyə Baş nazir vurğulayıb. Madyar hökumətinin miqrasiya sahəsində Aİ-nin qərarlarını yerinə yetirmək və üçüncü ölkələrdən minlərlə qaçqını Macarıstan ərazisinə buraxmaq niyyətində olmadığını təsdiqləyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər