Digər

Azərbaycanda rəsmi icazəsi olan plastik cərrahların sayı...

31 Aug 2026, 19:28 3 baxış
Azərbaycanda rəsmi icazəsi olan plastik cərrahların sayı...

Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha bir həkim-mütəxəssis əlavə olunub.


Məlumata əsasən, siyahıya həkim-mütəxəssis Həsənli Abidin Nəsib oğlu daxil edilib.


Sonuncu dəyişiklikdən sonra ölkə ərazisində plastik cərrahiyyə sahəsində qanuni praktik tibb fəaliyyəti hüququ olan həkimlərin ümumi sayı 46 nəfərə yüksəlib.

Mənbə axar.az

Oxşar Xəbərlər