İdman

"Qalatasaray"da ayrılıq iddiaları: Torreyra İtaliyaya qayıdır?

31 Aug 2026, 18:04 3 baxış
"Qalatasaray"da ayrılıq iddiaları: Torreyra İtaliyaya qayıdır?
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi Lukas Torreyra yenidən İtaliya klublarının diqqət mərkəzinə düşüb. Oxu.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Fiorentina" 30 yaşlı futbolçunu geri qaytarmağa cəhd edir. Məlumata görə, Florensiya təmsilçisi Torreyra ilə bağlı "Qalatasaray"la danışıqlara başlayıb. Uruqvaylı futbolçunun da "Fiorentina"ya qayıtmaq variantına müsbət yanaşdığı bildirilir. Qeyd edək ki, Torreyra 2021/22 mövsümündə "Fiorentina"da icarə əsasında çıxış edib və həmin dönəmdə komandanın əsas futbolçularından birinə çevrilib. Xatırladaq ki, Torreyra 2022-ci ildən "Qalatasaray"ın formasını geyinir. Onun İstanbul klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər