Cəmiyyət
"8-ci km bazarı"ında qiymətlər necədir? - VİDEO
Baku TV paytaxtın ən böyük bazarlarından biri olan "8-ci km" bazarından meyvə-tərəvəzin qiymətləri ilə bağlı reportaj hazırlayıb. Bazarlıq edən vətəndaşlar bəzi məhsulların qiymətinin ötən illə müqayisədə artdığını bildiriblər. Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, bazarda pomidorun qiyməti məhsulun sortundan və gətirildiyi rayondan asılı olaraq dəyişir. Satıcılar Salyan pomidorunun daha baha olduğunu deyirlər. Üzümün qiymətində də fərq müşahidə olunur.
Bazarda bəzi üzüm sortları bir manata satıldığı halda, Salyan üzümünün qiymətinin iki manat, hətta 2.5 manata qədər olduğu bildirilib. Alıcılardan biri qiymət etiketində iki manat yazıldığını görərək üzüm almaq istədiyini, amma məhsul üçün 2.5 manat tələb edildiyi üçün geri qaytardığını deyib. Satıcılar isə qiymət artımını əsasən məhsulun maya dəyəri, yağışlı hava şəraiti və məhsulun müxtəlif rayonlardan gətirilməsi ilə əlaqələndirirlər.

Mənbə
oxu.az