Kriminal
Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var
Şuşa-Laçın avtomobil yolunda aparılan qazıntı işləri zamanı iki nəfər həyatını itirib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun tikintisi ilə bağlı işlər aparılan ərazidə baş verib. Belə ki, yolun inşasında çalışan şirkətin əməkdaşları - topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə bədbəxt hadisə nəticəsində həyatlarını itiriblər. Hadisə ilə bağlı Şuşa Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda hadisənin səbəbləri araşdırılır.
Mənbə
oxu.az