Cəmiyyət

Masazırda duz yığımı dayanıb? - VİDEO

31 Aug 2026, 19:48 3 baxış
Masazırda duz yığımı dayanıb? - VİDEO
Masazır duz gölündə bu il əvvəlki illərdən fərqli mənzərə müşahidə olunur. Baku TV-nin məlumatına görə, avqust ayının son günlərində gölün ətrafında böyük duz təbəqəsinin yaranması gözlənilsə də, hazırda ərazidə suyun səviyyəsi yüksəkdir və duz görünmür.

Mütəxəssislərin ilkin ehtimallarına görə, bu vəziyyətə il ərzində yağıntıların normadan çox olması səbəb ola bilər. Digər iddialara əsasən isə, ətraf yaşayış ərazilərindən gölə kanalizasiya və çirkab suların axıdılması da suyun səviyyəsinin yüksək qalmasına təsir göstərir.
Mənbə oxu.az

Oxşar Xəbərlər