İdman
Premyer Liqada mövsümün ilk məşqçi ayrılığı rəsmiləşdi - FOTO
"Qəbələ" baş məşqçi Kaxaber Sxadadze ilə yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb. Qeyd edək ki, baş məşqçinin köməkçisi Georgi Çixradze ilə də əməkdaşlığa son qoyulub. Xatırladaq ki, Kaxaber Sxadadze "Qəbələ"ni 2024-cü ilin fevralından çalışdırırdı. Onun rəhbərliyi altında "Qəbələ" klubu bu mövsüm 3 oyundan sonra cəmi 1 xal toplayaraq 10-cu pillədə qərarlaşıb.
Mənbə
oxu.az