Dünya

Türkiyədə batan sərnişin gəmisi ilə bağlı proses başladı: İki Azərbaycan vətəndaşı məhkəməyə çıxarıldı

31 Aug 2026, 15:00 5 baxış
Türkiyədə batan sərnişin gəmisi ilə bağlı proses başladı: İki Azərbaycan vətəndaşı məhkəməyə çıxarıldı
Şimali Kipr Türk Respublikasında baş verən sərnişin gəmisi qəzası ilə bağlı məhkəmə prosesi başlayıb. Ötən gün Girne sahillərində sərnişin gəmisinin aşması və səkkiz nəfərin ölümü ilə nəticələnən qəza ilə əlaqədar saxlanılan doqquz nəfər - kapitan, yeddi ekipaj üzvü və bir şirkət işçisi - Girne Dairə Məhkəməsinə gətirilib. Bu barədə Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir. Məlumata görə, saxlanılan kapitan ilə yanaşı, Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov da daxil olmaqla, yeddi ekipaj üzvü, eləcə də bir şirkət işçisi hakim qarşısına çıxarılıb. Hakim "Ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma" ittihamı ilə axtarılan yeddi nəfərin də məhkəməyə gətirilməsini istəyib və məhkəmə iclasının bundan sonra davam edəcəyini elan edib. Gəminin kapitanı və ekipaj üzvləri məhkəməyə verdikləri ifadədə dalğaların zərbindən gəminin ön hissəsinin qopduğunu və gəminin çevrildiyini, qəzanın bu səbəbdən baş verdiyini bildiriblər. Onların iddia ediblər ki, meteoroloji məlumatlara əsasən yola çıxdıqları zaman heç bir problem olmayıb, gəminin sertifikatına isə həm naviqasiya, həm də idarəetmə baxımından bütün lazımi icazələri daxil olub. Məhkəmə texniki məlumatların toplanmasını, şahidlərin dindirilməsini, Türkiyədə bu məsələ ilə bağlı istintaqın açılıb-açılmadığı ilə bağlı araşdırma aparılmasını və digər sənədlərin tamamlanmasını tələb edib. Xatırladaq ki, Şimali Kipr Türk Respublikası (ŞKTR) sahillərində batan "FiloJet" bərəsinin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olublar. Hər ikisi xilas edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər