Siyasət
Azərbaycan-ŞƏT münasibətlərinin önəmi: Regional inkişafdan qlobal əməkdaşlığa
Dünya siyasətində güc balansının dəyişdiyi, iqtisadi və siyasi mərkəzlərin yeni istiqamətlər üzrə formalaşdığı mühüm bir dövrdəyik. Bu gedişatda ölkələrin strateji əhəmiyyətini malik olduğu resurslar və iqtisadi imkanlarla yanaşı, həm də regional əməkdaşlıq şəbəkələrində tutduğu mövqe, müxtəlif bazarlar arasında yaratdığı bağlantılar və qlobal proseslərdə oynadığı rol müəyyən edir. Bu mənada Avrasiya məkanında yerləşən ölkələr üçün nəqliyyat dəhlizləri, enerji marşrutları və çoxtərəfli əməkdaşlıq platformaları xüsusi əhəmiyyət daşıyır. Ələlxüsus Asiyanın iqtisadi potensialının artması ilə Şərqlə Qərb arasında əlaqələrin intensivləşməsi yeni geosiyasi və iqtisadi imkanlar yaradır. Belə bir şəraitdə mühüm marşrutların keçdiyi və fərqli regional məkanları birləşdirən dövlətlərin əhəmiyyəti təbii olaraq artır. Azərbaycanın Xəzər hövzəsində yerləşməsi, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində formalaşdırdığı nəqliyyat bağlantıları, enerji sahəsindəki mövqeyi və müxtəlif dövlətlərlə qurduğu çoxşaxəli münasibətlər rəsmi Bakının Avrasiya əməkdaşlığında rolunu genişləndirən əsas amillərdəndir. Bu siyasətin mühüm istiqamətlərindən biri də Azərbaycanın Asiya ölkələri və regional təşkilatlarla əlaqələrinin inkişaf etdirilməsidir. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) xüsusi diqqət çəkir. Son 25 ildə gündəliyini genişləndirən ŞƏT Azərbaycan üçün yalnız siyasi dialoq platforması deyil, həm də iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq imkanlarının artırılması baxımından əhəmiyyətli platformaya çevrilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən müstəqil və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış əməkdaşlıq qurmasına, regional və qlobal layihələrdə fəallığını artırmasına şərait yaradıb. Bu siyasət çərçivəsində Azərbaycan yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, eyni zamanda çoxtərəfli diplomatik platformalarda iştirakının genişləndirilməsinə xüsusi əhəmiyyət verir. ŞƏT ilə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi də bu baxımdan ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqəti cəlb edir. Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq imkanlarını genişləndirməsi ölkəmizə Mərkəzi Asiya və Asiya-Sakit okean regionunun aparıcı dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əlaqələri daha da inkişaf etdirmək, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri baxımından öz strateji mövqeyini daha fəal şəkildə təqdim etmək üçün əlavə imkanlar yaradır. Bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, ölkəmizin milli maraqlarının təmin edilməsi istiqamətində həyata keçirilən uzunmüddətli və məqsədyönlü siyasətin mühüm nəticəsi olmaqla yanaşı, eyni zamanda, beynəlxalq müstəvidə daha güclü və müstəqil mövqedən çıxış etməsinə, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində söz sahibi kimi rolunu daha da artırmasına zəmin yaradıb. Bu kontekstdə Bakının ŞƏT məkanında da əhəmiyyətini artırması xüsusi diqqət çəkir.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) artan əhəmiyyəti də diqqət çəkir. 2001-ci ildə yaradılan təşkilat ötən 25 il ərzində ilkin olaraq təhlükəsizlik və regional sabitlik məsələləri ətrafında formalaşan əməkdaşlıq platformasından daha geniş siyasi, iqtisadi, enerji, nəqliyyat, rəqəmsal inkişaf və humanitar gündəliyə malik çoxtərəfli quruma çevrilib. ŞƏT-in coğrafiyasının genişlənməsi onun beynəlxalq sistemdə çəkisini də artırıb. Təşkilatın əhatə etdiyi məkan Asiyanın böyük hissəsini əhatə etməklə yanaşı, dünyanın mühüm iqtisadi və enerji mərkəzlərini bir araya gətirir. Bu baxımdan ŞƏT yalnız siyasi dialoq platforması deyil, həm də Avrasiyada iqtisadi əlaqələrin, nəqliyyat marşrutlarının və regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli mexanizm kimi çıxış edir. Təşkilatın gündəliyinin genişlənməsi Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır. Çünki ölkəmizin yerləşdiyi coğrafi məkan ŞƏT-in formalaşdırdığı böyük iqtisadi və nəqliyyat arealı ilə birbaşa əlaqəlidir. Texnologiya və infrastruktur sahəsində əməkdaşlıq da ŞƏT çərçivəsində Azərbaycanın prioritet istiqamətlərindəndir. Bakı habelə liman, nəqliyyat dəhlizləri və rəqəmsal transformasiya layihələrində birgə təşəbbüsləri təşviq edir, həm milli, həm də regional səviyyədə iqtisadi və logistika imkanlarını artırır. Ümumilikdə, Azərbaycan-ŞƏT əlaqələri ölkənin ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirir, Cənubi Qafqazda sabitliyi dəstəkləyir və Azərbaycanın beynəlxalq inteqrasiya prosesindəki rolunu gücləndirir. Azərbaycanın ŞƏT ilə münasibətləri yeni yaranmış proses deyil. 2015-ci ildə ŞƏT Dövlət Başçıları Şurasının iclasında Azərbaycana təşkilatda "dialoq üzrə tərəfdaş" statusunun verilməsi barədə qərar qəbul edilib. 2016-cı ildə Pekində Azərbaycan ilə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən "Azərbaycan Respublikasına ŞƏT-in "dialoq üzrə tərəfdaşı" statusunun verilməsi haqqında Memorandum" imzalanıb. Sonrakı dövrdə Azərbaycan təşkilatın müxtəlif tədbirlərində fəal iştirak etməklə ŞƏT məkanında əməkdaşlıq imkanlarını genişləndirib. Ölkəmizin coğrafi mövqeyi bu əməkdaşlıq üçün mühüm üstünlük yaradır. ŞƏT məkanındakı ölkələrlə Avropa bazarları arasında Azərbaycan Şərq-Qərb bağlantısının əsas dövlətlərdən biri kimi çıxış edir. Bu qurumun çərçivəsində əməkdaşlığın genişlənməsi Azərbaycan üçün ilk növbədə böyük iqtisadi məkanlarla daha sıx əlaqələr qurmaq baxımından əhəmiyyətlidir. Təşkilata daxil olan və onun ətrafında formalaşan iqtisadi məkan dünya iqtisadiyyatının mühüm hissəsini əhatə edir. İqtisadi və ticarət sahəsində əməkdaşlıq Azərbaycan-ŞƏT münasibətlərinin prioritet istiqamətlərindən biridir. Ölkə üzv dövlətlərlə qarşılıqlı faydalı layihələr həyata keçirir, enerji, nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlığı genişləndirir. Bu yanaşma həm milli iqtisadiyyatın inkişafına, həm də regionun iqtisadi inteqrasiyasına töhfə verir. Azərbaycan üçün əsas məsələ bu böyük bazarlarla əlaqələrin yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmır. Nəqliyyat, logistika, enerji, rəqəmsal texnologiyalar, investisiya və sənaye kooperasiyası kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi daha uzunmüddətli iqtisadi nəticələr yarada bilər. Bu, yalnız diplomatik üstünlük deyil, həm də regionun təhlükəsizliyi və sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycanın nəqliyyat infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Bakı Limanı, dəmir yolu bağlantıları və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı Azərbaycanı Asiya ilə Avropa arasında yükdaşımaların mühüm komponentinə çevirir. Belə bir şəraitdə ŞƏT ölkələri ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın tranzit ölkə statusundan daha geniş regional logistika mərkəzinə çevrilməsi perspektivini gücləndirir. Burada nəqliyyat və enerji layihələrinin bir-birini tamamlaması ciddi əhəmiyyət daşıyır. Çünki müasir dövrdə enerji marşrutları ilə nəqliyyat dəhlizləri arasında qarşılıqlı əlaqə getdikcə artır. Bu qarşılıqlı əlaqənin artması qlobal iqtisadiyyatın inteqrasiyası, təhlükəsizlik və səmərəlilik amilləri ilə bağlıdır. Azərbaycanın enerji və logistika qovşağı kimi əhəmiyyət qazanması isə onun geosiyasi çəkisini də yüksəldir. Bu potensialın ŞƏT məkanındakı tərəfdaşlarla əməkdaşlıq formatlarına inteqrasiyası isə yeni iqtisadi imkanların yaranmasına şərait yaradır.
Azərbaycan-ŞƏT münasibətlərində Çin amili isə xüsusi əhəmiyyət daşıyır. Çin həm ŞƏT-in aparıcı dövlətlərindən, həm də 2025-ci ilin aprelindən etibarən Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir. Son illərdə Bakı-Pekin münasibətlərində siyasi dialoqla yanaşı, nəqliyyat, logistika, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsi müşahidə olunur. 2025-ci ilin 31 avqustunda "ŞƏT plyus" formatında Zirvə toplantısına qatılmaq üçün Çinə səfər edən Prezident İlham Əliyev bu çərçivədə Çinin sədri Si Cinpin ilə görüşdə "Bir kəmər, bir yol" layihəsinə toxunaraq, onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirib. Çin Xalq Respublikasının sədri Si Cinpinin isə "Bir kəmər, bir yol" layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, ölkəmizin ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd edərək, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxunması Azərbaycanın Çin və ŞƏT-lə münasibətlərinin siyasi çəkisini artıran mühüm hadisədir. Nəticə etibarı ilə ŞƏT-in 25 illik inkişaf yolu təşkilatın daha geniş əməkdaşlıq platformasına çevrildiyini göstərir. Bu transformasiya Azərbaycanın təşkilatla münasibətlərinə də yeni məzmun qazandırır.

Mənbə
oxu.az