Digər
Çin bu türk ölkəsi ilə mühüm saziş imzaladı
Çin lideri Si Szinpin və Qırğızıstan Prezidenti Sadır Japarov iki ölkə arasında “Əbədi qonşuluq, dostluq və əməkdaşlıq haqqında” Saziş imzalayıblar.
Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.
“Bu gün imzalanan “Əbədi qonşuluq, dostluq və əməkdaşlıq haqqında” Saziş hərtərəfli strateji tərəfdaşlığın gələcək yüksək keyfiyyətli inkişafı üçün möhkəm təməl yaradır. Çin Qırğızıstanın əsas ticarət və investisiya tərəfdaşıdır və iki ölkə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində birgə layihələrin həyata keçirilməsinə töhfə verməyə davam edəcəklər”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Çin lideri Si Szinpin Bişkekdə səfərdədir.
Mənbə
axar.az