Kriminal
Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
Masallı rayonunda 56 yaşlı kişi ehtiyatsızlıqdan ölüb. Oxu.Az-ın məlumatına görə, avqustun 29-da rayonun Məmmədrzaküçə kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Əşrəf Əşrəfov yaşadığı evin həyətindəki ağacları budayarkən qəfil qıcolma tutub. O, hadisə nəticəsində ağacdan yıxılıb. Ə.Əşrəfov hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə
oxu.az