İdman
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer edir - FOTO
"Qalatasaray" Portuqaliyanın "Portu" klubunda çıxış edən Deniz Gülün transferində razılığa gəlib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, İstanbul təmsilçisi 22 yaşlı hücumçu ilə şəxsi şərtlər üzrə anlaşma əldə edib. "Qalatasaray" hazırda futbolçunun transferi ilə bağlı "Portu" ilə danışıqları yekunlaşdırmağa çalışır. Məlumata görə, "sarı-qırmızılar" Deniz Gül üçün Portuqaliya klubuna 12 milyon avrodan artıq təklif göndərib. Deniz Gülün "Portu" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. Onun hazırkı müqaviləsində 50 milyon avroluq sərbəstqalma maddəsi olduğu bildirilir. Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Deniz Gül 2024-cü ildə "Portu"ya keçib.
Mənbə
oxu.az