Şou biznes
Ancelina Coli yenidən Ukraynaya gedib - FOTO
Hollivud aktrisası Ancelina Coli Ukraynaya səfər edib. Oxu.Az bu barədə UNİAN agentliyinin "Telegram" kanalına istinadən xəbər verir. Qeyd olunur ki, 51 yaşlı aktrisa Lvov və Ternopol şəhərlərində olub. Onun sözügedən şəhərlərə hansı məqsədlə səfər etdiyi barədə məlumat verilmir. Xatırladaq ki, daha əvvəl Ancelina Coli Ukraynanın Xerson vilayətinə səfər etmişdi.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az