Cəmiyyət

Gədəbəydə avtomobil körpüdən aşdı: yaralılar var

30 Aug 2026, 14:15 3 baxış
Gədəbəydə avtomobil körpüdən aşdı: yaralılar var

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpüdə qeydə alınıb.


Məlumata görə, hərəkətdə olan "Mersedes" markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol üzərində olan körpüdən aşaraq dərəyə düşüb.


Qəza zamanı 5 nəfər - 2004-cü il təvəllüdü E.Fətəliyev, 2006-ci il təvəllüdlü R.Məmmədov, 2008-cu il təvəllüdlü Z.Nuriyev, 2006-cı il təvəllüdü M.Nuruzadə və 2007-ci il təvəllüdlü M.Məmmədov xəsarət alıb.


Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər