İdman
Avrokuboklar, transferlər və liqalar: "TOP-al"ın sürpriz "qonaqları" - VİDEO
Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışı bu dəfə izləyicilərdən gələn suallara həsr olunub. Futbol dünyasında baş verən son hadisələr, Azərbaycan futbolunun gündəmi, klublarımızın avrokuboklardakı çıxışı, transferlər və Premyer Liqanın səviyyəsi ilə bağlı izləyicilərin ünvanladığı suallar müzakirəyə çıxarılıb. Bu dəfə sualları "TOP-al"ın aparıcıları deyil, məhz izləyicilər müəyyənləşdirib. Veriliş zamanı müxtəlif mövzularda maraqlı suallar cavablandırılıb, Azərbaycan futbolunun problemləri və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bəs izləyicilər hansı sualları ünvanlayıblar? Azərbaycan futbolu ilə bağlı hansı məsələlər müzakirə olunub? Avrokuboklardakı çıxışlarımız və klubların transfer siyasəti barədə hansı fikirlər səsləndirilib? Bütün bunlara və daha çoxuna "TOP-al"ın yeni buraxılışında cavab tapmaq mümkündür.
Mənbə
oxu.az
Oxşar Xəbərlər