Dünya
Putinlə görüşdən sonra MKİ rəhbəri hərəkətə keçdi: Üçtərəfli sammit təklifi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff bu həftənin əvvəlində Rusiyaya səfəri zamanı ABŞ, Rusiya və Ukrayna prezidentləri Donald Tramp, Vladimir Putin və Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli sammit keçirilməsini təklif edib. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Retkliff Ukrayna münaqişəsinin nizamlanması üzrə diplomatik səylərin bərpası ideyasını da irəli sürüb. Həmçinin "Axios"un yazdığına görə, MKİ rəhbəri səfərin yekunlarına əsasən Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu diplomatik tənzimlənmənin bərpasına kömək edə biləcək konstruktiv həmsöhbət kimi qiymətləndirib.
Mənbə
oxu.az