İdman
Messi cərimə zərbələrindən vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi birbaşa cərimə zərbələrindən vurduğu qolların sayına görə futbol tarixində ikinci pilləyə yüksəlib. Oxu.Az bu barədə "Sudanalytics"ə istinadən xəbər verir. Belə ki, "İnter Mayami" MLS-in müntəzəm çempionatında "Monreal"ı 7:1 hesabı ilə darmadağın edib. Messi pokerə imza atıb. O, qollardan ikisini birbaşa cərimə zərbəsindən vurub. Messinin hesabında birbaşa cərimə zərbələrindən vurduğu 74 qol var. Bu göstərici üzrə liderlik 78 qolla Marselinyo Kariokaya məxsusdur. Üçüncü pilləni hərəyə 74 qolla Jair Roza Pintu və Roberto Dinamit bölüşürlər. Beşinci sırada isə 72 qolla Juninyo Pernambukano qərarlaşıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər